Tovuzda iki qardaş faciəvi şəkildə vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, rayona qonaq gələn şəxslər dəm qazından boğularaq ölüb.
Belə ki, Bakıdan Tovuzun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Səhər saatlarında evdən onların meyiti tapılıb.
Bayramov qardaşlarının dəm qazından ölməsi məlum olub.
Hadisə ilə bağlı araşdırma aparılır.