“İnsanlarımız çox diqqətsiz olduğu üçün qəzalar baş verir” - MÜTƏXƏSSİS

HADİSƏ
21:37 / 12.12.2024
213

Demək olar ki, hər gün qəza xəbərləri eşidirik. Baş vermiş qəzalarda ölənlərin sayı isə başqa mövzudur. 

Maraqlıdır, qəzaların artma səbəbi nədir? Ən çox qəzalar nədən qaynaqlanır?

Bu barədə Hit.az-a avtomobil üzrə mütəxəssis Ravil Vəliyev hər gün qəzada əzilən maşınların gəldiyini deyib:

“Demək olar ki, hər gün sürücülər maşınlarının qəzada əzilməsi ilə bağlı müraciət edirlər. Qəzaların baş vermə səbəbi əsasən diqqətsizlikdir. İnsanlarımız çox diqqətsiz olduğu üçün qəzalar baş verir.

Sürücünün diqqətinin yayılması və ya yorğunluq nəticəsində qəza baş verə bilər. Yorgun sürücülər yavaş reaksiya verə bilər və diqqətsizlik qəza riskini artırır. Qanunlara riayət etməyən sürücülər sürət həddini aşaraq, təhlükəli vəziyyətlərə səbəb ola bilərlər. 

Bəzən də avtomobilin texniki vəziyyəti də qəza səbəbidir. Məsələn, təkərlərin köhnəlməsi, əyləc sisteminin işləməməsi və ya mühərrikin nasaz olması qəza halları ilə nəticələnə bilər. Bəzi hallarda ictimai nəqliyyat vasitələrinin texniki nasazlıqları və sürücülərinin diqqətsizliyi də qəzalara səbəb olur. Bu səbəbdən, qəzalardan qaçınmaq üçün hər bir sürücünün diqqətli olması, təhlükəsizlik qaydalarına riayət etməsi və düzgün təlimdən keçməsi vacibdir”.

Murad


 

0