Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

HADİSƏ
19:40 / 10.09.2026
49

Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 05:52-də Xəzər dənizində zəlzələ olub.

Zəlzələnin maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib.

Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər fon səviyyəsindədir.

"Yəni xırda təkanlar həmişə var seysmik bölgələrdə. Bu saata qədər narahatçılıq doğuran heç bir hal yoxdur", - deyə o qeyd edib.
 

0