Rafael Ağayev karyerasını bitirəcəyi vaxtı AÇIQLADI

İDMAN
22:41 / 06.08.2021
1330

Azərbaycan karateçisi, 5 dünya, 11 qat Avropa çempionu Rafel Ağayev karyerasını bitirmək istədiyi vaxtı açıqlayıb.

HİT.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Rafel Ağayev 2025-ci ildə idmançı kimi fəaliyyətini dayandırmaq istədiyini bildirib.

O, daha sonra öz məktəbinı açmaq barədə planlarının olduğunu söyləyib: "Karateni hər gün öyrənirsən. Biliklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və olimpiya çempionları bəxş etmək istəyirəm".

 

0