"Namik gedibsə, bunu klubdan icazəsiz edib" "Neftçi"

İDMAN
13:48 / 14.08.2021
9525

"Namik Ələskərov hələ "Neftçi"nin futbolçusudur".

Bu sözləri Fanat.Az-a açıqlamasında Bakı klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi bildirib ki, futbolçunun "Bursaspor"a transferi ilə bağlı hər hansı yenilik yoxdur: "Bu məsələdə hər hansı bir dəyişiklik yoxdur. Namik Ələksərov hələ "Neftçi"nin futbolçusudur. Əgər futbolçu Türkiyəyə gedibsə, bunu klubdan icazəsiz edib".

"Bursaspor"un Namikin müqaviləsindəki 50 min dollarlıq təzminatı ödəməsi barədə yayılan xəbərə gəlincə, Rüstəm Allahverdiyev bildirib ki, kluba hər hansı bir ödəmə edilməyib.

Qeyd edək ki, Türkiyə mediası Namik Ələskərovun dünən bu ölkəyə yollandığını və tibbi müayinədən keçdiyini yazıb. 26 yaşlı yarımmüdafiəçinin I liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayacağı və "Adanaspor"a qarşı mövsümün ilk turunun matçında meydana çıxacağı deyilir.

Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. Futbolçu son mövsümdə Azərbaycan çempionu və 19 qolla Premyer Liqanın bombardiri olub.

0