“Neftçi” “Makkabi” ilə oyunun biletlərini satışa çıxarır

18:40 / 16.08.2021
1516

Neftçi” Bakıda İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı keçirəcəyi Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün biletləri sabah saat 12:00-da satışa çıxaracaq.

Hit.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri oyunun keçiriləcəyi stadionun kassalarından əldə etmək olar. Kassalar saat 10:00-dan 21:00-dək işləyəcək.

Qeyd edək ki, avqustun 19-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) oyunu saat 21:00-da başlayacaq

0