DÇ-2022: Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq

İDMAN
09:14 / 01.09.2021
1490

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

HİT.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə 4 futbolçu matçı buraxacaq. Onlardan Dioqo Pimentel və Eldin Dzoqoviç koronavirusa yoluxduqları üçün, Marvin Martins və Kris Filipps isə zədə səbəbindən meydana çıxa bilməyəcək.

Bu kollektivlər arasında indiyədək baş tutan 5 oyunun 3-də heç-heçə qeyd alınıb. Komandalar hərəyə bir qələbə qazanıblar. Azərbaycan millisi səfərdə rəqibinə uduzmayıb.

Qeyd edək ki, 2 oyundan sonra xalı olmayan Azərbaycan sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür. Bu qrupun digər matçında Portuqaliya evdə İrlandiya ilə qarşılaşacaq.

DÇ-2022
Seçmə mərhələ
A qrupu

1 sentyabr
22.45 Lüksemburq - Azərbaycan
Hakimlər:
İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Admir Şehoviç (Bosniya və Herseqovina).
Lüksemburq stadionu.

0