Millimiz Kazanda 3 qızıl medal qazandı

İDMAN
23:53 / 03.09.2021
1486

Rusiyanın Kazan şəhərində I MDB Oyunları start götürüb.

Qaynarinfo xəbər verir ki, bu gün "Bars" Arenada yunan-Roma güləşi üzrə yarış keçirilib. Ölkəmizi güləşin bu növündə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib. Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb.

Yarımfinalda daha 4 qələbə qeydə alınıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutub.

Beləliklə, millimiz I MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

0