DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı (YENİLƏNİB)

İDMAN
22:05 / 04.09.2021
868

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Hit.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub.

Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi meydan sahiblərinin kəskin hücumları şəraitində keçib. 23-cü dəqiqədə Namik Ələskərovun qüvvətli zərbəsini qapıçı Qavin Bazunu çətinliklə dəf edib. 45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qolla hesabı açıb.

İkinci hissədə İrlandiya seçməsi təzyiqi daha da artırıb. 60-cı dəqiqədə Şahruddin Məhəmmədəliyev Troy Parrotun uzaq məsafədən zərbəsini geri qaytarıb. 81-ci dəqiqədə Rüstəm Əhmədzadə qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilməyib. Britaniya təmsilçisinin ardıcıl bir neçə cəhdi qeyri-dəqiq alınıb. Buna baxmayaraq 87-ci dəqiqədə Şeyn Daffi tarazlığı bərpa edib.

Beləliklə, Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb. Komanda hazırda 1 xalla 4-5-ci yerləri bölüşdürür. A qrupunun digər matçında Serbiya Lüksemburqu 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyaya qarşı keçirəcək.

***21:55

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci qol vurulub.

HİT.az-ın məlumatına görə, meydan sahibləri 87-ci dəqiqədə hesabı bərabərləşdirib.

İrlandiya seçməsinin heyətində Şeyn Daffi tarazlığı bərpa edib - 1:1

21:23

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

HİT.az-ın məlumatına görə, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi 1:0 hesabı ilə öndədir.

20:58

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda hesab açılıb.

HİT.az-ın məlumatına görə, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi önə keçib - 1:0.

45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb. Komandalar fasiləyə bu hesabla yollanıb.

20:06

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

HİT.az-ın məlumatına görə, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir.

19:05

2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələ oyununda İrlandiya seçməsi ilə üz-üzə gələcək Azərbaycan millisinin start heyəti açıqlanıb.

HİT.az-ın məlumatına görə, yığma meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 14. Elvin Bədəlov, 18. Anton Krivostsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 20. Filip Ozobiç, 7. Namik Ələskərov

Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüfət Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov,

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, Dublindəki "Aviva" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0