Kazanda 8 idmançı ilə təmsil olunacağıq

İDMAN
22:37 / 04.09.2021
818

Rusiyanın Kazan şəhərində ilk MDB Oyunları keçirilir.

Hit.az xəbər verir ki, turnirin proqramında yer alan idman növləri arasında badminton da var.

Azərbaycan MDB oyunlarında 8 badmintonçu ilə təmsil olunacaq. Aqil Qəbilov, Rəvan Niftəliyev, Məhəmməd Xədafi, Diki Pangestu, Nigar Əliyeva, Mədinə Nağıyeva, Həcər Nuriyeva və Era Maftuha 5 kateqoriya üzrə medallar uğrunda mübarizə aparacaq.

Badminton yarışları 7-11 sentyabrda keçiriləcək.

0