Ermənilər təxribata əl atdı, millimizin əməkdaşı qarşısını aldı (FOTOLAR)

İDMAN
22:52 / 04.09.2021
1218

Sentyabrın 1-i DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində "Stad de Lüksemburq” stadionunda baş tutan Lüksemburq-Azərbaycan oyunu zamanı ermənilər təxribata əl atıb. 

Hit.az xəbər verir ki, onlar meydançanın azarkeşlər olan hissəsindən qondarma "Dağlıq Qarabağ respublikası”nın bayrağını asıblar.

Bunu görən Azərbaycan milli yığmasının və "Sumqayıt" FK-nın təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov erməni təxribatının qarşısını alıb, həmin bayrağı onların əlindən alıb.  

Qeyd edək ki, matç Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

0