Cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI

İDMAN
20:49 / 08.10.2021
645

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan idmançısı Elcan Hacıyev (81 kq) bürünc medal qazanıb.

Unikal.org xəbər verir ki, cüdoçumuz yarımfinaladək uğurla irəliləsə də, bu mərhələdə rusiyalı idmançı Adam Tseçoyevə məğlub olub. Bürünc medal uğrunda görüşdə rəqibi qazaxıstanlı Ayan Bayqaziyə ipponla qalib gələn E.Hacıyev dünya çempionatını üçüncü pillədə başa vurub. Qeyd edək ki, bunadək komandamızın aktivində bir medal var idi. Turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanmışdı.

1