Azərbaycan millisinin oyununda VAR sistemindən istifadə olundu

22:55 / 09.10.2021
749

Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda VAR sistemindən istifadə olunub.

"Report"un məlumatına görə, görüşün baş hakimi Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib.

Epizodun təkrarını izləyən referi qarşılaşmanı davam etdirib.

1