“Səbail”in sabiq qapıçısı modelliyə başladı 

İDMAN
09:15 / 12.10.2021
1113

“Səbail”in sabiq qapıçısı Nikolas Hagen özünə yeni peşə tapıb.

Hit.az-ın məlumatına görə, Azərbaycanı tərk etdikdən sonra Norveçə köçən qvatemalalı qolkiper modelliyə başlayıb.

Yayda ikinci liqa təmsilçisi “Ham-Kam”a keçən 25 yaşlı futbolçu 15 ildir fəaliyyət göstərən bir mağazanın siması seçilib. Hagen həmin mağazanın geyimlərini reklam edib. O, xüsusən də, idman geyim dəstlərində kameralar qarşısına çıxıb.

Qeyd edək ki, Nikolas Hagen ötən mövsümü “Səbail”də keçirib.

 

0