İDMAN
01:32 / 13.10.2021
1451

Mədət Quliyev və Ceyhun Bayramov Serbiya - Azərbaycan matçını stadiondan izlədi (FOTO)

Xəbər verdiyimiz kimi, Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib. 

Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olub. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

HİT.az xəbər verir ki, Belqradda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə Sənayesi naziri Mədət Quliyev 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində milli komandamızın Serbiya ilə səfər oyununu tribunadan izləyib.

Nazirlərimizi stadionda Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç müşayiət edib.

Vanya Udoviçiç nazirlərin stadiondakı görüşü ilə bağlı "Tvitter"də paylaşım edib. 

0