Azərbaycan millisinin və "Legiya"nın hücumçusu Mahir Emrelinin transfer qiyməti bahalaşıb.
HİT.az “Transfermarkt”a istinadən xəbər verir ki, hazırda millimizin futbolçusunun transfer dəyəri 2 milyon avroya qalxıb.
Mövsümün əvvəlində isə bu rəqəm 1 milyon avro idi. 24 yaşlı forvardın “Legiya”dakı çıxışı onun bazar dəyərinə də müsbət təsir göstərib.
Qeyd edək ki, cari mövsümdə 19 rəsmi oyuna çıxan Mahir Emreli 10 qol vurub və 1 məhsuldar ötürmə edib.