İDMAN
23:20 / 27.10.2021
179

"Barselona" yenə UDUZDU

Futbol üzrə İspaniya La Liqasında XI tura start verilib.

Hit.az xəbər verir ki, "Barselona" səfərdə "Rayo Valyekano"nun qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Radamel Falkao vurub. Bu nəticədən sonra xallarını 19-a çatdıran "Rayo Valyekano" 5-ci pilləyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla 9-cu sırada qalıb.

Qeyd edək ki, "Barselona" ötən tur El Klasikoda "Real Madrid"ə 1:2 hesabı ilə məğlub olub.

0