Paralimpiyaçımız Avropa üçüncüsü oldu

İDMAN
09:27 / 29.10.2021
1195

Azərbaycan pauerliftinqçisi Məhərrəm Qasımov Gürcüstanın Bakuriani şəhərində keçirilən “Bakuriani 2021 IBSA Powerlifting European and World Championships” yarışında qüvvəsini sınayıb.

Milli Paralimpiya Komitəsindən Hit.az-a verilən məlumata görə, idmançı bürünc medal qazaraq Avropa üçüncüsü olub.

Qeyd edək ki, görmə məhdudiyyətli idmançılar arasında təşkil olunan yarışda Azərbaycan ilk dəfə iştirak edib.

0