Anasından Mahir Emrelinin spirtli içki ilə şəkilinə reaksiya - FOTO

İDMAN
18:15 / 29.10.2021
1102

"Mahirin içki ilə olan şəkli yayılmanıb. Oğlum olan məkanda masada içki var. Əlində deyil. Mahir içki içmir ümumiyyətlə. Bu, o demək deyil ki, oğlum olan yerlərdə içki içilmir".

Hit.az xəbər verir ki, bu sözləri offsideplus.az-a açıqlamasında Elnurə Emreli deyib. 

Mahir Emrelinin anası oğlunun masasında içki olmasına münasibət bildirib. Elnurə xanım bu məsələyə görə futbolçunun hesabat verməli olmadığını qeyd edib:

"Mahir Avropanın mərkəzində yaşayır. Dostu, tanışı var. Onlardan kimsə içə bilər. Burda narahat olacaq nəsə yoxdur. Mahir inancına görə heç vaxt içki içməyib və içmir. Anlamıram ki, bunun nəyini şişirdirlər. Buna görə nə üçün hesabat verməlidir ki, oğlum? Polşada da futbol jurnalistləri var. Onlar da tez-tez soruşurlar. Amma anlamıram ki, niyə?"

Qeyd edək ki, Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin içki masasında görüntüləri yayılıb.

"Polskatimes" nəşri xəbər verir ki, 24 yaşlı hücumçunun komanda yoldaşı Yoel Abu Hanna ilə fotosu tviterdə paylaşılıb.

Fotonun avqustda çəkildiyi yazılıb. Polşa mətbuatının iddiasına görə, Emrelinin Abu Hanna ilə spirtli içki qəbul edib.

Qeyd edək ki, "Legiya" klubu bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verir. Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb. 

0