Qarabağ” “Neftçi”ni uddu - YENİLƏNİB

İDMAN
20:40 / 30.10.2021
1564

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

HİT.az-ın məlumatına görə, günün ikinci martçında "Qarabağ" son çempion "Neftçi"ni qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə "köhlən atlar" daha üstün başlayıb. 10-cu dəqiqədə Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. 4 dəqiqə sonra isə Abdullah Zubir "ağ-qaralar"ı növbəti dəfə mərkəzə dəvət edib. Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.

"Neftçi"nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. 90+2-ci dəqiqədə Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.

Qeyd edək ki, günün ilk matçında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə üstələyib. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.

***

23-cü dəqiqədə "Qarabağ" hesabı 3:0-a çatdırır. Ozobiç penaltidən fərqlənir.

***

14-cü dəqiqədə Abdullah Zubir hesabı 2:0 edir.

***

10-cu dəqiqədə "Qarabağ" hesabı açır. Filip Ozobiç fərqlənir.

***

Azərbayan derbisi başladı.

***

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

HİT.az xəbər verir ki, turun açılış matçı "Zirə" və "Keşlə" komandaları arasında baş tutub. Bu oyunda Rəşad Sadıqovun komandası inamlı qələbəyə sevinib - 2:0.

Günün və turun mərkəzi oyununda isə "Qarabağ" və "Neftçi" üz-üzə gəlir.

Azərbaycan Premyer Liqası, IX tur

30 oktyabr (şənbə)

16:00. “Zirə” – “Keşlə” - 2:0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Neftçi” - 0:0 (İlk hissə)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”

Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.

 

 

0