Azərbaycanlı güləşçisi dünya çempionu oldu

İDMAN
22:12 / 03.11.2021
997

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında final görüşünə çıxıb. 67 kq-da mübarizə aparan idmançı İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb.

0