Azərbaycanlı futbolçu Ukrayna millisinə çağırıldı

İDMAN
14:40 / 04.11.2021
1077

Ukraynanın “Minay” klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev bu ölkənin U-21 yığmasına çağırılıb. 

Fanat.Az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotanın AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya və Serbiya ilə matçlar üçün dəvət göndərdiyi oyunçular arasında 19 yaşlı yarımmüdafiəçi də var.
 
Lakin gənc futbolçunun adı hələlik ehtiyat siyahıya salınıb.
 
Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur. Onunla eyni komandada forma geyinən Rüstəm Əhmədzadə artıq yığmamızın formasını geyinir.

0