“Qarabağ” səfərdə “Kayrat”a qalib gəlib qrup lideri oldu - YENİLƏNİB

İDMAN
21:26 / 04.11.2021
1305

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçı başa çatıb. 

HİT.az xəbər verir ki, görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. 

Oyunda hesabı ağdamlılar açıb. İbrahima Vadci 58-ci dəqiqədə fərqlənib. 

Bundan 10 dəqiqə sonra "Kayrat" hesabı bərabərləşdirib. Kante 68-ci dəqiqədə status-kvonu bərpa edib. 

Meydan sahiblərinin bərabərlik sevinci 4 dəqiqə çəkib. Abdulla Zubir 72-ci dəqiqədə baxımlı qolla "Qarabağ"ı yenidən önə çıxarıb. 

Qarşılaşmada başqa qol olmayıb və "Qarabağ" qalib gəlib.

Bununla da 4 oyundan sonra 10 xalı olan Ağdam təmsilçisi bir oyun artıq olmaqla qrup liderliyinə yüksəlib. 

Ağdamlıların ilk iki yerdən birini tutması artıq bu gün rəsmiləşə bilər. Əgər “Bazel” “Omoniya”ya uduzmasa, Premyer Liqanın vitse-çempionu Azərbaycan futbolu tarixində ilki rəsmiləşdirərək qrupdan çıxacaq.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 25-də İsveçrədə “Bazel”ə qarşı keçirəcək.

Konfrans Liqası
H qrupu, IV tur
4 noyabr

“Kayrat” - “Qarabağ” - 1:2
Qollar: Joze Kante, 68 - İbrahima Vadji, 58, Abdullah Zubir, 72
Baş hakim: Dumitri Muntean (Moldova)

21:13

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçında hesab növbəti dəfə dəyişib. 

Qarşılaşmanın 72-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ı növbəti dəfə hesabda önə keçirib. 

O, Andradenin ötürməsini baxımlı zərbə ilə qapıçının başı üzərindən tora qovuşdurub. 

21:04

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçında hesab dəyişib.

Qarşılaşmanın 68-ci dəqiqəsində Kante meydan sahiblərinin bərabərlik qolunu vurub.

20:48

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçında hesab açılıb.

Qarşılaşmanın 58-ci dəqiqəsində İbrahima Vadji “Qarabağ”ı hesabda önə keçirib. O, öz reydini gözəl zərbə ilə məntiqi sonluğa çatdırıb.

19:55

“Qarabağ” bu gün Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la üz-üzə gələcək.

Hit.az xəbər verir ki, iki həftə əvvəl Qazaxıstan təmsilçisini Bakıda 2:1 hesabı ilə məğlub edən komanda bu dəfə Almatıda rəqiblə qarşılaşacaq.

4 noyabr 19:30.

“Kayrat” - “Qarabağ”
Baş hakim: Dumitri Muntean (Moldova)
“Kayrat”: 1. Stas Pokatilov (k), 20. Rade Duqalyiç, 4. Nurali Alip, 15. Maki Banyak, 11. Yan Veroqovski, 13. Kamo Oqanesyan, 22. Neboyşa Kosovaç, 6. Yatsek Qoralski, 16. Rikardo Alveş, 18. Joze Kante, 9. Vaqner Lav
Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Quljiqit Alıkulov, 8. Aybol Abiken, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seydaxmet, 29. Daniyar Ussenov, 33. Denis Polyakov, 46. Arsen Burançiyev
Baş məşqçi: Kurban Berdıyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

0