Azərbaycan güləşçisi dünya çempionu OLDU

21:57 / 06.11.2021
1172

Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib.

Hit.az xəbər verir ki, sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib. 57 kq çəkidə xalçaya çıxan Rzazadə finalda Bekbolot Mirzənəzər Uulunu (Qırğızıstan) 7:6 hesabı ilə məğlub edib. Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) isə bürünc medal görüşündə Stilyan İliyevə (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.

0