UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verdi

20:55 / 10.11.2021
1960

UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.

Hit.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.

Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.

0