Poqba klubdakı gələcəyi ilə bağlı qərarını verdi, Sluşerin əvəzinə yeni baş məşqçi?

İDMAN
23:26 / 11.11.2021
892

İngiltətənin “Mançester Yunayted” klubunun fransalı yarımmüdafiəçisi Paul Poqbanın klubdakı gələcəyinə aydınlıq gəlib.

Hit.az xarici mənbələrə istinadən xəbər verir ki, “Yunayted” rəhbərliyi Fransa milli komandasının düşərgəsində zədələnən və iki ay yaşıl meydanlardan uzaq qalan 28 yaşlı yarımmüdafiəçi ilə yolları ayırmaq qərarına gəlib. 

Bundan əlavə Paul Poqba da karyerasını “Mançester” şəhərində davam etdirməyə müsbət yanaşmır. Belə ki, Poqba  “Premyer liqa”nın doqquzuncu həftəsində doğma azarkeşləri qarşısında “Liverpul“a “0-5” hesabı ilə məğlub olduqları matçda qırmızı vərəqə ilə cəzalandırıldığı üçün tənqid atəşinə tutulub və məhz bu səbəbdən “Yunayted” ilə yolları ayırmağa razıdır.

“Mançester Yunayted” rəhbərliyi Ole Qunnar Sluşerin əvəzinə  Almaniyalı mütəxəssis Ralf Ranqriki vəzifəyə gətirmək istəyir.
Belə ki, ard-arda alınan uğursuz nəticələrdən sonra “Mançester Yunayted” rəhbərliyi  Sluşer ilə yolları ayırmaq qərarına gəlib və onun əvəzinə 63 yaşlı Almaniyalı mütəxəssis Ralf Ranqrik ilə razılaşmaq istəyir.

Xatırladaq ki, Ralf Ranqrik sonuncu dəfə bu mövsümün əvvəlində  “Lokomotiv Moskva” klubunun  idman direktoru kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Sluşer rəhbərliyi altında “Premyer liqa”da 11 oyuna çıxan ada təmsilçisi 17 xal toplayaraq altıncı pillədə qərarlaşıb.

Sadiq İsmayılov

0