UEFA "Qalatasaray"ın şikayətini rədd etdi

İDMAN
21:58 / 11.11.2021
629

UEFA Türkiyənin "Qalatasaray" klubunun Rusiya "Lokomotiv"inə qarşı Avropa Liqasının IV tur oyununun yenidən keçirilməsi xahişi ilə müraciətini rədd edib.

Hit.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun yaydığı rəsmi açıqlamada bildirilir.

Həmin qarşılaşma noyabrın 4-də İstanbulda keçirilib və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Sarı-qırmızılar" Moskva təmsilçisinin futbolçusu Dmitri Jivoqlyadovun oyun zamanı önündə iki iki sarı vərəqə görməsinə əsaslanıb. Səbəb kimi baş hakimin Jivoqlyadovu meydandan qovmaması göstərilib.

0