Beşqat Avropa çempionu koronavirusdan vəfat etdi

İDMAN
20:24 / 14.11.2021
1866

Cüdo üzrə beşqat Avropa və altıqat SSRİ çempionu Anatoli Bondarenko 78 yaşında dünyasını dəyişib.

Veteran idmançının ölümünə koronavirus infeksiyası səbəb olub.

Bir müddətir xəstəxanada müalicə alan cüdoçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 80 kq və 86 kq çəki dərəcələrində Avropa və SSRİ çempionu olmuş Anatoli Bondarenko 1975-ci ildə karyerasını başa vurmuşdu.

0
report.az