Məşhur türk mütəxəssis AFFA-ya "yox" dedi - Millimizi çalışdırmayacaq

İDMAN
18:41 / 14.11.2021
1448

Okan Buruk Azərbaycan millisnin çalışdırmayacaq.

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin "Star" qəzeti məlumat yayıb. Bildirilib ki, 48 yaşlı mütəxəssis AFFA-nın milli komandamızı çalışdırmaqla bağlı təklifinə rədd cavabı verib.

Xəbərdə qeyd edilir ki, Okan Buruk hazırda ölkə xaricində işləmək istəmədiyi üçün belə bir addım ayıb. İddiaya görə, Anadolu klublarından da təklif alan mütəxəssisin əsas hədəfi İstanbul təmsilçilərindən birinə rəhbərlik etməkdir.

Qeyd edək ki, Okan Buruk futbolçu karyerası ərzində Türkiyənin "Qalatasaray", "Beşiktaş", "İstanbul BB" və İtaliyanın "İnter" kublarında çıxış edib. Türkiyə millisi ilə DÇ-2002-də bürünc medal qazanan veteran yarımmüdafiəçi "Qalatasaray"la Türkiyə çempionluğuna (7 dəfə), ölkə kubokuna 4), UEFA Kubokuna (1) və Super Kubokuna (1), "Beşiktaş"la Türkiyə Kubokuna (1) sahib çıxıb.

Baş məşqçi kimi "Elazığspor", "Qaziantepspor", "Sivasspor", "Göztəpə", "Akhisar Bələdiyyəspor" və "Çaykur Rizəspor"u çalışdıran mütəxəssis son olaraq "Başakşəhər"ə başçılıq edib (2019-2021). Komanda onun rəhbərliyi altında 2019/20 mövsümündə Superliqanın qalibi olaraq tarix yazıb. Belə ki, "Başakşəhər" "Qalatasaray", "Fənərbağça", "Beşiktaş", "Trabzonspor" və "Bursaspor"dan sonra Türkiyə çempionluğu yaşayan 6-cı komanda olub.

Okan Buruk "Akhisar Bələdiyyəspor"u 2017/18 mövsümündə Türkiyə Kubokunun qalibi edib. 

Onu da qeyd edək ki, Türkiyə mətbuatı daha əvvəl Samet Aybabanın AFFA ilə anlaşdığını yazıb.

0