Rusiya Futbol Federasiyası açıqladı, Valeri Karpin vəzifəsində qalır, yoxsa...?

İDMAN
14:47 / 15.11.2021
1393

Futbol üzrə Rusiya milli komandasının hazırkı baş məşqçisi Valeri Karpinin gələcəyinə aydınlıq gətirilib.

Hit.az Rusiya mətbuatına istinadən xəbər verir ki, RFF prezidenti Aleksandr Dyukov, 52 yaşlı Estoniyalı mütəxəssis Valeri Karpinin, martda keçirilməsi nəzərdə tutulan DÇ-nın pley-off mərhələsində də milli komandanın başında olacağını bildirib.

Dyukovun sözlərinə görə, DÇ-nın seçmə mərhələsində qrupları ikinci pillədə tamamlamaq layiqli nəticədir və onlar, məhz bu səbəbdən Karpin ilə yeni müqavilə imzalayacaqlar.

Xatırladaq ki, DÇ-nın seçmə mərhələsində H qrupunda çıxış edən Rusiya millisi, Xorvatiya millisinin birinci pillədə tamamladığı qrupu 22 xal toplayaraq ikinci pillədə başa vurub.

Əlavə edək ki, Dünya çempionatına birbaşa vəsiqə qazana bilməyən Rusiya millisi martda iki pley-off matçına çıxacaq.

Qeyd edək ki, Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Sadiq İsmayılov/Hit.az

0