Karpin qərarını verdi: \"Güman edə bilərəm ki...\"

00:40 / 16.11.2021
1105

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin DÇ-2022-nin pley-off oyunları başlamamış postunu tərk edəcəyini etiraf edib. 

Hit.az xəbər verir ki, o, belə bir açıqlama ilə "YouTube"da yayımlanan “Şərh yaz! Şou" proqramında çıxış edib:

“Bilmirəm, düşünürəm. Güman edə bilərəm ki, pley-off-da millinin məşqçisi olmayacağam. Müqavilə mart ayına qədər uzadılıb? Bəli. İstirahət və təhlil etməliyəm".

Xatırladaq ki, bundan əvvəl Karpinin rəhbərliyi altında komanda Xorvatiyaya uduzmuşdu (0:1). Beləliklə, Rusiya millisi dünya çempionatına birbaşa vəsiqəni itirib.

Karpinin sözlərinə görə, Rusiya milli futbol komandasının müdafiəçisi Fedor Kudryaşov Xorvatiya ilə oyunda vurduğu avtoqola görə ondan üzr istəyib. Lakin məşqçi qeyd edib ki, o, futbolçunun üzrxahlığını qəbul etməyib. “Fed bu futboldur. Nə üzr istəmək?", - deyə Karpin əlavə edib.

Xəyal Abdullayev/Hit.az

0