Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.
HİT.az xəbər verir ki, qadın və kişilərdən ibarət Azərbaycan yığmaları uyğun olaraq Ukrayna və Rusiya ilə qarşılaşıb.
İlk dörd turdan sonra aktivində üç qələbə və bir heç-heçə olan kişilərdən ibarət millimiz bu dəfə də bərabərliyə razılaşıb - 2:2.
Qadın yığması da Ukrayna ilə eyni nəticəyə imza atıb.
Avropa çempionatı, V tur
Kişilər
Azərbaycan - Rusiya - 2:2
Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk - 0,5:0,5
Teymur Rəcəbov - Daniil Dubov - 0,5:0,5
Rauf Məmmədov - Kirill Alekseyenko - 0,5:0,5
Qədir Hüseynov - Andrey Yesipenko - 0,5:0,5
Qadınlar
Azərbaycan - Ukrayna - 2:2
Günay Məmmədzadə - Anna Uşenina - 1:0
Gülnar Məmmədova - Yuliya Osmak - 0:1
Xanım Balacayeva - Nataliya Buksa - 1:0
Gövhər Beydullayeva - Nataliya Jukova - 0:1