“Neftçi” öz meydanında uduzdu

İDMAN
21:15 / 20.11.2021
1238

Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

HİT.az xəbər verir ki, günün son matçında “Neftçi” “Sabah”ı qəbul edib. Hesabı meydan sahibləri açıblar. Amma son oyunlarda uğurlu çıxış edən “Sabah” bu oyunda əzmkar qələbəyə sevinib.

Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq. 

Azərbaycan Premyer Liqası
11-ci tur
20 noyabr

“Neftçi” – “Sabah” 1:2
Qol: R.Maçado, 33 – C.L.Mikels, 53; 69.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.
Bakı. “Bakcell Arena”, 18:15.

0