Tanınmış kikboksinq ustası koronovirusa yoluxdu

İDMAN
23:28 / 04.12.2021
926

Azərbaycanlı məşqçi Ceyhun Abbasov koronavirusa yoluxub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə onun dostları paylaşım edib.

Kikboksinq idmanında bir çox tələbələr yetirmiş gənc məşqçinin vəziyyəti ağırdır. Virus onun ağciyərində 80% buzlaşmaya səbəb olub.

Hazırda “Yeni Klinika”da yatan Ceyhun Abbasov 1 həftədən çoxdur ki, koma vəziyyətindədir.

1