Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

İDMAN
15:32 / 13.12.2021
1569

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Hit.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib.

1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi

"Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)
"Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)
"İnter" (İtaliya) - "Ayaks" (Niderland)
"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)

0