İdmançımız DÇ-də bürünc medal qazandı

İDMAN
21:11 / 13.12.2021
1083

İstanbulda keçirilən parataekvondo üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü bürünc medal qazanıb.

HİT.az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində dünya çempionatına qatılan gənc parataekvondoçumuz Sabir Zeynalov (K-44) ilk qarşılaşmada Tokio Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı, misirli Əhməd Yasirə (23:12), sonrakı görüşlərdə rusiyalı Vasili Viqilianskiyə (28:14) və Braziliya təmsilçisi Fabricio Manquez De Souzaya (32:1) qalib gələrək yarımfinala adlayıb.

Finala vəsiqə uğrunda görüşdə Türkiyə təmsilçisi Əli Özcana məqlub olan S.Zeynalov bürünc medalla kifayətlənməli olub.

Yarışda Azərbaycanı doqquz idmançı təmsil edib.

0