Oyun güclü qara görə yarımçıq dayandırıldı - Türkiyədə

21:26 / 18.01.2022
1036

"Qaziantep" və "Yeni Malatyaspor" komandaları arasında Türkiyə Super Liqasının XXII tur matçı yarımçıq dayandırılıb.

Hit.az xəbər verir ki, buna hava şəraiti səbəb olub. Güclü qar oyunun davam etdirilməsinə imkan verməyib.

Nəticədə qarşılaşmanın ikinci hissəsi oynanılmayıb.

Qeyd edək ki, ilk hissədən sonra hesab açılmayıb.

0