“Neftçi” Pato ilə anlaşdı - VİDEO

İDMAN
21:30 / 21.01.2022
1105

“Neftçi” braziliyalı futbolçu Gilyerme Patonun transferini açıqlayıb.

Paytaxt klubu bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

21 yaşlı hücumçu ilə müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, “İnternasional”ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında “Ponte Preta”da, 2021-ci ilin ikinci yarısında isə “Kuyaba”da çıxış edib

0