İDMAN
20:06 / 25.01.2022
412

"Amazon"un rəhbəri məşhur İtaliya klubunu alır

Dünyanın ən zəngin adamı, "Amazon"un qurucusu Ceff Bezos futbol sektoruna yatırım etməyə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb. İddialara görə, məşhur milyarder "Napoli"ni alacaq. 

Zənginliyinə görə "SpaceX" və "Tesla" kimi şirkətlərin sahibi İlon Maskı geridə qoyan Bezos Neapol şəhərində baza yaratmaq istəyən amerikalı milyarder Napoli klubunu da almaq üçün çalışacaq. "Napoli" azarkeşləri də kluba məhz Bezosun sponsorluq etməsini istəyirlər.

Hazırda "Napoli"nin sahibi kinorejissor Aurelio De Laurentisdir. O, C seriyasında mübarizə aparan "Bari" ilə yanaşı, "Napoli"nin də səhmlərinin sahibidir.

2018-ci ildə "Amazon" və Neapol klubu ilə razılaşma əldə etdikdən sonra "Napoli"nin formaları Bezosun şirkəti vasitəsilə satılmağa başladı.

Bu mövsümün əvvəlində "Amazon" Neapol təmsilçisi ilə yeni müqavilə imzalayıb. Amerika nəhəngi İtaliya komandasının qol sponsoru olub. "Napoli" bu müqavilədən illik 2 milyon avro qazanacaq.

0