Şəhriyar Məmmədyarov uduzdu

İDMAN
21:23 / 25.01.2022
1171

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

Hit.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XIX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.

2