Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

İDMAN
09:36 / 29.04.2022
1240
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. "Report"un məlumatına görə, bu ada Almaniyanın "Leyptsiq" klubundan Anxelinyo ilə Marsel Halstenberq, "Ayntraxt"dan isə Daiti Kamada və Cibril Sou iddia edir. UEFA Konfrans Liqasında Niderland "Feyenoord"undan Siril Dessers, Luis Sinisterra, İtaliya "Roma"sından Lorentso Pelleqrini və İngiltərənin "Lester" komandasından Ademalo Lukman namizəddir. Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
0