İDMAN
09:37 / 28.07.2022
490

Rəşad Sadıqov Qurban Qurbanovla bağlı nə dedi? - FOTO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsinə münasibət bildirib.

HİT.az xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı "köhlən atlar"ın İsveçrə təmsilçisi "Sürix"i mübarizədən kənarlaşdırdığı oyundan sonra rəsmi instaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla fotosunu paylaşıb.

"Azərbaycana sənin kimi oğul verdiyinə görə Allaha nə qədər şükür etsək, yetməz!" - deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk matçda "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda da Ağdam təmsilçisi İsveçrə çempionunu məğlub edərək növbəti mərhələyə adlayıb.

0