İDMAN
12:54 / 31.07.2022
447

Mahir Emreli yenidən zədələndi

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli yenidən zədələnib.

HİT.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, o, Xorvatiya çempionatının 3-cü turunda "İstra 1961"ə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra belində olan ağrıları yenidən hiss edib. Bu səbəbdən onun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets"i ilə ilk oyunu buraxacağı bildirilib.

Qeyd edək ki, Emreli "İsrta 1961" ilə görüşlə yenidən yaşıl meydanlara qayıtmışdı. O, sözügedən qarşılaşmada komandasının 4-cü qolunu vurmuşdu.

0