İran komandasının qeyri-fars futbolçuları - azərbaycanlı, türkmən, talış... - FOTOLAR

13:25 / 26.11.2022
1711

Qətərdə keçirlən futbol üzrə Dünya Çemionatında gözlənilməz nəticələr qeydə alınmaqdadır. Dünən B qrupunda Uels komandasına qalib gələn (0:2) İran milli komandası qrupda mövqeyini xeyli yaxşılaşdıraraq, növbəti mərhələyə çıxmaq şansını artırıb.

İran komandası hazırda 3 xalla qrupda 2-ci yerdə qərarlaşıb. Son turda 2 xala malik ABŞ-la oynayacaq iranlılar heç-heçə edəcəkləri təqdirdə də qrupdan çıxa biləcəklər.

İran komandası bu ölkədə baş verən etirazlar fonunda daha çox diqqət yetirilən yığmalardan biridir. Milli komandanın oyunçuları ilk oyunda Dövlət Himnini oxumayaraq, Oranda keççirilən etiraz aksiyalarındakı zorakılıqlara etirazını ifadə etməklə diqqət çəkmişdi.

Qeyd edək ki, Qətərə aparılan 25 iranlı futbolçu arasında farslarla yanaşı, digər millətlərdən olan oyunçular da var.

Modern.az-ın məlumatına görə, İran milli komandasının 4 oyunçusu qeyri-fars futbolçudur. Onlardan ikisi azərbaycanlı, biri türkmən, biri isə talışdır.


Milli komandanın hücumçusu Kərim Ansarifard 3 aprel 1990-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub, milliyətcə azərbaycanlıdır. Kərim İranın milli futbol yığmasının tarixində qol vuran ən gənc oyunçudur. O, 2013-2014-cü illərdə Təbrizin “Traktor” klubunda çıxış edib. 2009-cu ildən İran milli komandasına cəlb olunub.
Kərim Ansarifard hazırda Yunanınsanın AEK klubunun üzvüdür.


Sərdar Azmun İran milli komandasının milliyətcə türkmən olan futbolçusudur. 1995-ci ildə İranının Mazandran əyalətinin Günbədkavus şəhərində anadan olub. Sərdar Azmun Rusiyanın bir sıra klublarında oynayıb

2022-ci ildən Almaniyanın “Bayer” klubunun üzvüdür.

Sərdar Azmun Dünya Türkmənlərinin Humanitar Dərnəyinin və Sankt-Peterburqdakı “Məkan” Türkmən Mədəniyyəti Cəmiyyətinin fəxri üzvüdür.

Hazırda Belçkanın "Şarlerua" klubunun fotbolçusu olan yarımmüdafiəçi Əli Qolizade də İran milli komandasına cəlb edilən azərbaycanlıdır. 10 mart 1996-cı ildə Tehran şəhərində azərbaycanlı ailəsində doğulub. Müxtəlif klublarda çıxış edən Əli Qolizade 2018-ci ildən İran milli komandasına çağırılıb.


Sadeq Moharrami İran milli komandasında çıxış edən milliyətcə talış futbolçudur. O, 1 mart 1996-cı ildə İranın Həştpər şəhərində anadan olub.

İranın Gilan əyalətində yerləşən Həştpər şəhərinin əhalisinin əksəriyyətini azərbaycanlılar və talışlar təşkil edir.

Müdafiəçi Sadeq Moharrami hazırda Xorvatiyanın "Lokomotiva" klubunun oyunçusudur. O, 2018-ci ildən İranın əsas milli komandasına çağırılıb.

İran milli komandası Qətərə aşağıdakı futbolçularla yollanıb:

Qapıçılar: Alireza Beiranvand ("Persepolis"), Amir Abedzade ("Ponferradina"), Hosseyn Hosseyni ("Esteqlal"), Payam Niazmand ("Sepahan").

Müdafiəçilər: Məcid Hüseyni ("Trabzonspor"), Hüseyn Kanaani ("Əl Əhli"), Şoca Xəlilzadə ("Əl Əhli"), Morteza Pourliqanji ("Əl Ərəbi"), Sadeq Moharrami ("Lokomotiva" Zaqreb), Milad Məhəmmədi ("Gent"), Ehsan Hacsafi (AEK), Ramin Renzae ("Persepolis"), Əbülfəzl Cəlali ("Esteqlal").

Yarımmüdafiəçilər: Səid Ezzatollahi ("Vayle"), Əli Kərimi ("Kayserispor"), Əhməd Nurollahi ("Şabab Əl-Ahi"), Ruzbe Çeşmi ("Esteqlal"), Vahid Amiri ("Persepolis"), Saman Qodos ("Brentford"), Əlireza Cahanbaxş ("Feyenoord"), Əli Qolizade ("Şarlerua"), Mehdi Torabi ("Persepolis").

Hücumçular: Serdar Azmun ("Bayer" Leverkuzen), Mehdi Taremi ("Porto"), Kərim Ansarifard (AEK).

Komandanın baş məşqçisi portuqaliyalı Karlos Keyruşdur.

0