Azərbaycanda transfer bombası: “Real" və PSJ-nin sabiq ulduzu gəlir

İDMAN
10:09 / 02.01.2023
11970

“Real"ın və PSJ-nin keçmiş futbolçusu Xese Rodriges karyerasını Azərbaycanda davam etdirə bilər.

“Report”un əldə etdiyi məlumata görə, vinger “Sabah”la anlaşmağa yaxındır.

Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Hazırda Türkiyə Super Liqa təmsilçisi “Ankaragücü”nün heyətində çıxış edən Xese Rodriges “Real"ın yetirməsidir.

Karyerası ərzində Madrid klubu ilə yanaşı PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq” kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.

0