Kriştiano Ronaldonun brilliant üzüyü gündəm oldu - FOTO

14:45 / 04.01.2023
4187

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun brilliant qaşlı üzüyü görənləri heyran qoyub. 

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən oyunçunun təyyarədə etdiyi paylaşımında üzüyü diqqət çəkib. 

Təyyarədə çəkdirdiyi videoda portuqaliyalı ulduz "Tezliklə görüşənədək “Əl-Nəsr” tərəfdarları" sözləri deyib. Bu zaman onun barmağında olan üzüyü qısa zaman ərzində sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələyə çevrilib. //baku.ws

1