İDMAN
09:21 / 06.01.2023
2092

Ronaldonun təqdimatı DÇ-nin finalını geridə qoydu

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun “Əl-Nəsr”dəki təqdimatı dünya çempionatının finalından daha çox izləyici toplayıb.

37 yaşlı hücumçunun ərəb klubunda ilk dəfə görüntülənməsi, təqdimat mərasimi 40 kanal vasitəsilə 3 milyarda yaxın tamaşaçıya ötürülüb.

Həmçinin Qətərdə keçirilən dünya çempionatının finalını bütün dünyada 2 milyard insan izləyib.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr” ilə 2,5 illik müqavilə bağlayıb.//BAKU.WS 

1