İDMAN
15:35 / 10.01.2023
555

Məşhur azərbaycanlı futbolçunun atası həbsdə öldü - Anasını öldürmüşdü

Azərbaycanlı futbolçu Nurlan Novruzova ağır itki üz verib.

Qaynarinfo-nun məlumatına görə, futbolçunun atası Zahid Novruzov vəfat edib.

Futbolçunun atası 2019-cu ildə həyat yoldaşı Təranə Novruzovanı başından güllələyərək öldürüb. Daha sonra isə intihar məqsədi ilə özünü vurub. Təcili xəstəxanaya yerləşdirilən Novruzovun həyatı xilas edilib.

Zahid Novruzov məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Nurlan Azərbaycan Premyer Liqasının bombardiri də olub. O, karyersı ərzində "Bakı", "Sumqayıt2, "Zirə", "Səbail", "Dersim 62 Spor" (Türkiyə), "Şanlıurfa BB" (Türkiyə), "Dinamo-Auto" (Moldova), "Narva Trans" (Estoniya), "Lalitpur Siti" (Nepal) və "Maççindra" (Nepal) klublarında çıxış edib, A millimizdə 2 oyun keçirib.

0