\"Qarabağ\" Fransa millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

15:34 / 13.01.2023
2021

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

HİT.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" fransalı hücumçu Adama Diakabini transfer edib.

27 yaşlı forvardla 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, Adama Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. O, ölkəsinin "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.

0