“Qarabağ” - “Qalatasaray” oyununun tarixi və saatı dəqiqləşdi

İDMAN
23:29 / 13.03.2023
1383

“Qarabağ" Futbol Klubu rəhbərliyinin təşəbbüsü ilə "Qalatasaray"la (İstanbul) xeyriyyə matçı keçiriləcək.

Hit.Az xəbər verir ki, klubdan Qol.az-a verilən xəbərə görə, “Qarabağ" - "Qalatasaray" matçının Bakı Olimpiya Stadionunda təşkil olunması nəzərdə tutulub. Görüş martın 26-sı, saat 20:00-da başlanacaq. Görüşün bu tarixdə keçirilməsi təşəbbüsünü “Qarabağ” irəli sürüb, “Qalatasaray” da buna az əvvəl rəsmi təsdiq verib.

Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərərçəkən insanlara sərf olunacaq.

Qeyd edək ki, matç milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçiriləcək.

0